ABŞ-nin Ermənistan səfirliyi iddiaları təkzib edə bilmədi - VİDEO
"ABŞ-nin Ermənistandakı səfirliyi Caliber.az-ın "ABŞ ordusu Zəngəzura daxil oldu" adlı və regionda geniş rezonans doğuran məqaləsinə reaksiya verib".
BAKU.WS xəbər verir ki, bu barədə "Caliber"in "YouTube" kanalında yayımlanan növbəti siyasi təhlildə deyilir.
Bildirilir ki, redaksiyanın məsləhətinə əməl edərək, News.am saytının müxbiri bu məqalə ilə bağlı ABŞ səfirliyinə müraciət edib və cavabında qısa ismarış alıb:
"ABŞ və Ermənistan arasında qarşılıqlı əlaqələri gücləndirməyə yönəlmiş "Eagle Partner" təlimləri iyulun 24-də uğurla başa çatıb. Biz təsdiq edə bilərik ki, ABŞ-nin bütün texnikası və şəxsi heyəti Ermənistanı tərk edib".
"Lakin bizim məqaləmizdə "Eagle Partner" təlimlərindən heç danışmamışdıq! Ermənistan-ABŞ birgə hərbi təlimləri İrəvan və Vaşinqton arasında ikitərəfli münasibətlər mövzusudur. Müvafiq olaraq, ABŞ səfirliyinin nədənsə bu təlimlərə aid olan cavabı bizim məqaləmizin təkzibi deyil. Əksinə verdiyimiz məlumatı dolayısı ilə təsdiqləyən diqqəti yayındırma manevridir.
Bundan əlavə, məqaləmizdə ABŞ səfirliyinin cavabında qeyd olunan təlimləri heç xatırlatmamışdıq", - deyə müəllif vurğulayıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
ABŞ - Ermənistan hərbi təlimləri barədə yeni açıqlama - FOTO
Zəngilanda erməni təxribatı və Paşinyana xəbərdarlıq - VİDEO
Məxfi plan: ABŞ Ermənistan və Azərbaycana qarşı hərbi təxribatlara hazırlıq görür - ŞƏRH
ABŞ Ermənistanı silahlandırmaqla bölgədə təhlükəli oyuna girişir, səfirlik isə sorğuya cavabdan qaçır - ANALİZ
ABŞ səfirliyi: İrəvanla Bakı arasında sülh müqaviləsini imzalamağın vaxtı çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













