Turan İbrahimov: Xameneyiyə sadiq klanlar bir-birini zəiflətmək üçün xarici düşmənlə də əməkdaşlıq edirlər - VİDEO
sizinxeber.az xəbər saytı

Turan İbrahimov: Xameneyiyə sadiq klanlar bir-birini zəiflətmək üçün xarici düşmənlə də əməkdaşlıq edirlər - VİDEO




Hər kəsin ağılında bir sual var, necə olur ki, İranın içində, Tehranın mərkəzində olduqca mötəbər, yüksək səviyyədə qorunmalı olan bir qonağı İran qoruya bilmir?

Bu fikirləri HƏMAS lideri İsmayıl Haniyənin Tehranda öldürülməsinin səbəbləri barədə danışan jurnalist Turan İbrahimov "Baku tv"nin efirində səsləndirib.

T.İbrahimov İsrailin İranın çox mötəbər bir qonağını Tehranın mərkəzində öldürülməsinin ortaya ciddi suallar çıxardığını qeyd edib:

“Bu qədər zəifliyin, təhlükəsizliyi təmin edə bilməyəcək qədər məhdud imkanların səbəbi nədir və bu, haradan qaynaqlanır? Hər kəs kimi, mənim də ağlımda belə suallar var. Araşdırıram, baxıram, bununla bağlı müxtəlif mənbələrdən rəyləri oxuyuram və bunun səbəbini öyrənməyə çalışıram. Gəldiyim müəyyən qənaətlər var və onları sizinlə bölüşmək istəyirəm. Məsələ burasındadır ki, İranda hal-hazırda ciddi daxili proseslər gedir, Xameneyiyə sadiq bir neçə klan var və onların arasında mübarizə gedir”.

Onun fikrincə, Xameneyiyə sadiq olan həmin klanlar bir-birini zəiflətmək üçün hətta xarici düşmənlərlə əməkdaşlığa da gedirlər”.

BAKU.WS
VİDEO

Oxşar xəbərlər

İranda üçgünlük matəm elan edilib - YENİLƏNİB - 2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xamənei: Haniyənin qisasını almaq İranın borcudur [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıl Haniyə xarici dövlətin ərazisindən atılan raketlə öldürülüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranda Haniyənin dəfn mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Haniyə ilə vida İranda, dəfn mərasimi isə Qətərdə olacaq - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər