MM hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsini ilk oxunuşda təsdiqləyib
Azərbaycanda hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi ilk oxunuşda təsdiqlənib.
“Report” xəbər verir ki, Milli Məclisin mayın 24-də keçirilən plenar iclasında “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.
Qeyd olunub ki, dəyişikliyə əsasən, digər səbəbdən əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara müvafiq təminat xərcliyinin 70 faizi həcmində əmək pensiyasının ödənilməsi təklif olunur. Bu, 186 nəfəri əhatə edəcək və illik əlavə maliyyə yükü 112 min manat olacaq.
Xatırladaq ki, əlilliyi olan hərbi qulluqçulardan xidməti vəzifələri yerinə yetirməklə bağlı olmayan əlilliyi olan şəxslərə orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə müvafiq təminat xərcliyinin - 60 faizi, orqanizmin funksiyalarının 61 - 80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 55 faizi, orqanizmin funksiyalarının 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə - 35 faizi miqdarı həcmində əmək pensiyası ödənilir.
Digər dərəcələr arasında 20 faiz fərq olduğu halda, orqanizmin funksiyalarının 61 - 80 faiz və 31 - 60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında cəmi 5 faiz fərq mövcuddur. Eyni zamanda, müharibə ilə əlaqədar əlilliyi olan hərbi qulluqçuların orqanizmin funksiyalarının 81 - 100 faiz pozulmasına görə əlilliyi müəyyən edildikdə, müvafiq təminat xərcliyinin 100 faizi, 61 - 80 faiz pozulmasına görə 80 faizi həcmində əmək pensiyası ödənilir. Burada isə şəxslərə pensiya məbləği hesablanan təminat xərcliyi arasında 20 faiz fərq var.
Dəyişiklik səsverməyə çıxarılaraq birinci oxunuşda təsdiqlənib.
Oxşar xəbərlər
Hərbçilərə əmək pensiyasının hərbi xidmətdən buraxıldığı gündən təyin olunması ilk oxunuşda təsiqlənib
Hərbi qulluqçuların qulluq əlavəsinin faizi ARTIRILIR
Onların təhsil haqqını dövlət ödəyəcək
Azərbaycanda 3871 nəfər Çernobıl əlili qeydiyyatdadır
Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













