İraq Kürdüstan Regionunun rəsmi şəxsləri COP29-a dəvət edilib - FOTO
Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Nəsir Məmmədov ölkənin Ərbil şəhərinə səfəri çərçivəsində bir sıra görüşlər keçirib.
“Report” xəbər verir ki, bu barədə diplomat “X”də paylaşım edib.
Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə isə ünvanlanmış dəvət məktubunu regionun xarici əlaqələr… pic.twitter.com/09JNHQPVTm
— Nasir Mammadov (@nasir_mammadov) July 22, 2024
“Bu gün Ərbil şəhərinə səfər çərçivəsində region başçısı cənab Neçirvan Bərzaniyə ünvanlanmış COP29-a dəvət məktubunu region başçısı administrasiyasının rəhbəri Fauzi Həririyə, İKR baş naziri cənab Məsrur Bərzaniyə isə ünvanlanmış dəvət məktubunu regionun xarici əlaqələr departamentinin rəhbəri Safin Dizayiyə təqdim etdim”, - paylaşımda bildirilib.
Bundan əvvəl Azərbaycan səfiri Ərbildə Türkiyənin baş konsulu ilə görüşüb.
Ərbil şəhərinə səfərimiz çərçivəsində qardaş Türkiyənin bu şəhərdəki Baş Konsulluğunu ziyarət etdik. Qardaşım, baş konsul cənab Erman Topçuya göstərdiyi qonaqpərvərliyə və səmimiyyətə görə bir daha dərin təşəkkürümü bildirirəm.
— Nasir Mammadov (@nasir_mammadov) July 22, 2024
Bir millət, iki dövlət! 🇦🇿🇹🇷 pic.twitter.com/CfvRFRRUvs
Oxşar xəbərlər
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani COP29-a dəvət edilib
İraq Kürdüstan Regionunun rəsmi şəxsləri COP29-a dəvət edilib
Azərbaycan səfiri Ərbildə Türkiyənin baş konsulu ilə görüşüb
Azərbaycan Ermənistanı COP29-a dəvət edib
Azərbaycan səfiri İraq Prezidenti ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













