Sloveniya Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Sloveniya Prezidenti Nataşa Pirts Musar Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Yenidən Prezident seçilməyiniz münasibətilə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə və xalqınıza davamlı tərəqqi, inkişaf arzu edirəm.
Mən çox məmnunam ki, Sloveniya və Azərbaycan dostluq münasibətlərinə malikdir. Əminəm ki, bu münasibətlər daha da dərinləşməkdə davam edəcəkdir.
Biz mübahisələrin danışıqlar yolu ilə həlli və ən mühüm çağırış olan qlobal iqlim böhranının aradan qaldırılması, multilateralizm kimi ortaq maraqları paylaşırıq. İnanıram ki, Siz bu sahədə, xüsusilə Bakının COP29-a ev sahibliyi etməsi fonunda ölkənizin və xalqınızın hərtərəfli inkişafını təmin etmək naminə səylərinizi davam etdirəcəksiniz.
Zati-aliləri, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".
Sizinxeber.azOxşar xəbərlər
Albaniyanın Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antonio Quterreş İlham Əliyevi təbrik etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sauli Niinistö Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İndoneziya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Surinam Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












