Prezidenti İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər
Avqustun 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Paris-2024” XXXIII Yay Olimpiya Oyunlarında Olimpiya çempionu olmuş azərbaycanlı cüdoçu Zelim Kotsoyevə zəng ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Prezident İlham Əliyev və birinci xanım Olimpiadanın qızıl medalını qazanması münasibətilə Zelim Kotsoyevi təbrik edib, ona gələcəkdə də yeni uğurlar arzulayıblar. Dövlətimizin başçısı Azərbaycan idmançılarının Olimpiya Oyunlarında cüdo idman növü üzrə ilk dəfə iki Olimpiya qızıl medalını qazandıqlarını qeyd edərək bu münasibətlə təbriklərini eyni zamanda komandanın məşqçilərinə və Cüdo Federasiyasının rəhbərliyinə çatdırıb.
Telefon zənginə və səmimi təbriklərə görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlığını bildirən Zelim Kotsoyev öz qələbəsi ilə Azərbaycan Bayrağını ucaltmaqdan və Himnimizi səsləndirməkdən fəxr hissi keçirdiyini deyib. O, yeni qələbələr qazanmaq üçün bundan sonra da bütün səylərini əsirgəməyəcəyini vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Zelim Kotsoyevə zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hidayət Heydərova zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cüdoçu Hidayət Heydərova zəng ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev və Mehriban Əliyeva Hidayət Heydərova zəng edərək onu təbrik ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












