Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrılıb - SƏRƏNCAM
sizinxeber.az xəbər saytı

Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrılıb - SƏRƏNCAM


Prezident İlham Əliyev Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.

Sizinxeber.az xəbər verir ki, Sərəncama əsasən Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsində yerləşən Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 550 min manat vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Oxşar xəbərlər

Mərdəkandakı Pir Həsən ziyarətgahının təmiri üçün 550 min manat ayrılıb - SƏRƏNCAM
Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirəcək dəmiryol xətti və körpünün tikintisi üçün vəsait ayrılıb
Qusarda yol tikintisinə 1,5 milyon manat ayrılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər