Azərbaycan Prezidenti: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik
Biz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ (kolonializm – Red.) ilə yaxından məşğul olmağa çalışdıq. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub, milyonlarla insan kolonializmin qurbanı olub.
APA xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.
“Bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Bu, bizim öhdəliyimiz idi, biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezident: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik
Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq
Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir
Azərbaycan Prezidenti: Rusiya ilə İkitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil
Şuşada 2-ci Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edir - CANLI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













