Prezident: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik
sizinxeber.az xəbər saytı

Prezident: Bəzi ölkələr hələ də kolonializmdən əziyyət çəkir və biz onlara kömək etmək istəyirik


Biz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ (kolonializm – Red.) ilə yaxından məşğul olmağa çalışdıq. Çünki Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub, milyonlarla insan kolonializmin qurbanı olub.

"Report" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda deyib.

“Bəzi ölkələr hələ də bundan əziyyət çəkir. Qəmər adaları, Mayot adası hələ də kolonial idarəçilik altındadır. Bu, bizim öhdəliyimiz idi, biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər”, - deyə dövləti başçısı vurğulayıb.

Oxşar xəbərlər

Prezident: Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: "Fransanın yürütdüyü neokolonializm siyasətini qlobal səviyyədə ifşa etmişik" [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev: Biz nə işğalı, nə verdiyimiz qurbanları, nə də Qələbəmizi heç zaman unutmayacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev: Biz Cənubi Qafqaz regionunda tarixi transformasiyanın şahidiyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
II Şuşa Qlobal Media Forumunun xarici qonaqları Füzulidəki dağıntılarla tanış olub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər