Moskvada qeyri-rəsmi görüş keçirən Putin, Lukaşenko və Rəhmon Azərbaycan Prezidentinə zəng ediblər
Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.
Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumatı yayıb.
Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.
Vladimir Putin dövlətimizin başçısını İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Dövlət başçıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.
Oxşar xəbərlər
Emoməli Rəhmon Prezident İlham Əliyevə zəng edib
Putin Prezident İlham Əliyevə zəng edib
Azərbaycan Prezidenti Aleksandr Lukaşenkoya zəng edib
Kreml MDB liderlərinin qeyri-rəsmi sammitinin keçiriləcəyi vaxtı açıqlayıb
Lukaşenko da İlham Əliyevlə əlaqə saxladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













