Özəl TV və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM
sizinxeber.az xəbər saytı

Özəl TV və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM


Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.

Sizinxeber.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Audiovizual Şurasına 2,5 milyon manat ayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Oxşar xəbərlər

Özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək
Azərbaycanda özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək
Prezidentdən yol təmiri ilə bağlı
Naxçıvan Muxtar Respublikasının Televiziya və Radio Şurası ləğv edilib
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər