Prezident Daşaltı kənd məscidinin tikintisi ilə tanış olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 21-də Şuşa rayonunun Daşaltı kənd məscidində tikintisi işlərinin gedişi ilə tanış olub.
Sizinxeber.az xəbər verir ki, dövlət başçısına görülən işlər barədə məlumat verilib.
Azad edilmiş ərazilərimizdə işğal dövründə düşmən tərəfindən dağıdılmış dini-mədəni abidələrimiz bərpa olunur və yeniləri tikilir. Bunlardan biri də Daşaltı kənd məscididir. Daşaltı məscidinin təməli 2021-ci il noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub. Hazırda məsciddə, köməkçi binalarda və istinad divarında dəmir-beton və daş hörgü işləri davam edir. Tikinti işlərinin 2024-cü ilin ikinci rübündə başa çatdırılması planlaşdırılır.
Oxşar xəbərlər
Prezident Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq”
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq"
Türkiyənin ticarət naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
Nazir müavini son illərdə tibbi tullantıların artmasının səbəbini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













