Ədliyyə Nazirliyinin siyasi partiyaların fəaliyyətinin dayandırılması və ya ləğvi ilə bağlı hüququ müəyyənləşib
Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib.
Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Fərman imzalayıb.
Dəyişikliyə əsasən, nazirlik “Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq siyasi partiyanın fəaliyyətinin normativ hüquqi aktların və nizamnaməsinin tələblərinə uyğunluğunu yoxlamaq vəzifəsini yerinə yetirəcək.
Nazirlik “Siyasi partiyalar haqqında” qanunda nəzərdə tutulmuş hallarda siyasi partiyaya münasibətdə məlumatları nəzərdən keçirmək, araşdırma aparmaq, izahat almaq, yazılı xəbərdarlıq etmək və digər tədbirlər görmək hüququna malikdir.
Nazirliyin qanunla nəzərdə tutulmuş hallarda siyasi partiyaların fəaliyyətinin dayandırılmasıvə ya ləğv edilməsi barədə məhkəmə qarşısında məsələ qaldırmaq hüququ olacaq.
Oxşar xəbərlər
Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib
Maliyyə Nazirliyinin bəzi vəzifələri ləğv edildi
Azərbaycanda ötən il siyasi partiyaların 60 %-i auditdən keçməyib
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













