Prezident: Biz, şanlı Azərbaycan Ordusu dünyaya sübut etdik ki, bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır
Əfsuslar olsun ki, otuz il ərzində Xankəndi şəhərində separatçılar yuva salmışdılar, bu şəhər separatizmin rəmzinə çevrilmişdi.
Sizinxeber.az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev dekabrın 21-də futbol üzrə Azərbaycan Kubokunun səkkizdəbir final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında Xankəndi stadionunda keçirilən oyundan əvvəl çıxışında deyib.
Dövlət başçısı bildirib: “Otuz il ərzində torpaqlarımızı işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi və əzəli torpağımızdır, bu torpaqların sahibləri bizik - Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq”.
Oxşar xəbərlər
Prezident: Bütün Qarabağ bölgəsində bu gün Azərbaycan Bayrağı dalğalanır, bu, böyük tarixi hadisədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Xankəndidə “Qarabağ”-MOİK oyunundan əvvəl çıxış edib - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvarın 1-dən elektron nəqliyyat qaiməsi ölkə üzrə yük daşımalara şamil ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken: “İsveç tezliklə NATO-ya üzv olacaq” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Borrell: "Aİ ölkələri ABŞ-nin Qırmızı dənizdəki əməliyyatına qoşulacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












