Gender bərabərliyinin təmini məqsədilə əməkhaqqına dair yeni tələb müəyyənləşib
Gender bərabərliyinin təmin olunması məqsədilə işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilib.
Sizinxeber.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, işəgötürən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borcludur. İşin bərabər dəyərli olması əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilməlidir.
Müvafiq olaraq “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanuna olunan dəyişikliyə əsasən, 9.1-ci maddə yeni redaksiyada verilib. Beləliklə, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabər dəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən ediləcək.
Oxşar xəbərlər
Maaşa dair yeni tələb müəyyənləşir - Son oxunuş
ƏƏSMN: Yeni qanun əməkhaqqı üzrə gender bərabərliyinin daha dolğun təminatına xidmət edir
Azərbaycanda qadınlara kişilər qədər maaş ödəniləcək - SƏRƏNCAM
Nazirlik: İşçilərin minimum əməkhaqqı yanvarın 1-dən 400 manatdan az ola bilməz
Layiqli əməyin təminatı ilə bağlı qanunvericilikdə hansı prinsiplərin əksini tapdığı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
