Prezident: Azərbaycanla Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur
Azərbaycan ilə Misir arasında əlaqələrin inkişaf dinamikası məmnunluq doğurur.
APA xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə bu ölkənin Prezidenti Əbdülfəttah əs-Sisiyə ünvanladığı təbrik məktubunda deyilir.
Dövlət başçısı bildirib ki, həyata keçirilən yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar əməkdaşlığın yeni məzmunla zənginləşməsində əhəmiyyətli rol oynayır.
"Bu gün müxtəlif sahələrdə münasibətlərimizin dərinləşdirilməsi üçün böyük potensial mövcuddur. İnanıram ki, xalqlarımızın rifahı naminə bu imkanlardan yararlanaraq ənənəvi dostluq əlaqələrimizin, səmərəli işbirliyimizin daha da genişlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”, - təbrikdə qeyd olunub.
Oxşar xəbərlər
İlham Əliyev misirli həmkarını təbrik edib
Azərbaycan lideri Maya Sandunu yenidən Moldova Prezidenti seçilməsi münasibətilə təbrik edib
Prezident İlham Əliyev Küveytin Əmirinə təbrik ünvanlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
-
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
