Milli Məclis “Dövlət ehtiyatları haqqında” yeni qanunu təsdiqləyib
Milli Məclis “Dövlət ehtiyatları haqqında” yeni qanunu qəbul edib.
“Sizinxeber.az”un xəbərinə görə, qanun 4 fəsil, 14 maddədən ibarətdir.
Sənəddə dövlət ehtiyatları sahəsində dövlətin 3 əsas vəzifəsi müəyyənləşdirilib.
Dövlət ehtiyatları sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
- strateji əhəmiyyətli malların siyahısını, istehlak bazarının həmin mallarla təmin edilməsi vəziyyəti baxımından qiymətlərin kəskin artması və azalması risklərini müəyyən etmək;
- strateji ehtiyatların və Azərbaycanın mülki müdafiə tədbirləri çərçivəsində fövqəladə ehtiyatların tədarükünü eləcə də, təchizatçıların seçilməsini təmin etmək;
- strateji əhəmiyyətli malların (o cümlədən bazar iştirakçıları tərəfindən təmin edilən malların) monitorinqini aparmaq.
Qeyd edilib ki, strateji ehtiyatlar dövlət ehtiyatları üzrə məsul orqan, habelə məsul saxlayıcılar tərəfindən yerləşdirilir və saxlanılır. Strateji ehtiyatlar məsul saxlayıcı qismində çıxış edən fiziki və hüquqi şəxslərlə dövlət ehtiyatları üzrə məsul orqan arasında bağlanılmış müqavilə əsasında saxlanılır.
Strateji ehtiyatların saxlanıldığı yerlərin (anbarların) mülkiyyətçisi dəyişdikdə yeni mülkiyyətçi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə riayət edilməklə 12 (on iki) ay ərzində strateji ehtiyatların saxlanılmasını təmin etməlidir. Bu halda dövlət ehtiyatları üzrə məsul orqanla əvvəlki mülkiyyətçi arasında bağlanılmış müqavilənin şərtləri yeni mülkiyyətçiyə şamil edilir.
Fövqəladə və səfərbərlik ehtiyatları bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş sifarişçilər tərəfindən yerləşdirilir və saxlanılır.
Dövlət ehtiyatlarının yerləşdirilməsi və saxlanılması məsul saxlayıcılar tərəfindən “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məxfilik rejiminə riayət olunmaqla həyata keçirilir.
Dövlət ehtiyatlarına yerləşdirilən malların saxlanılma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Dövlət ehtiyatlarının təyinatı aşağıdakılardır:
- strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığının təmin edilməsi;
- strateji əhəmiyyətli mallar üzrə daxili bazarda qısamüddətli kəskin qiymət artmasının qarşısının alınması;
- fövqəladə, müdafiə və səfərbərlik ehtiyaclarının təmin edilməsi;
- humanitar yardımın təmin edilməsi.
Qanun müzakirələrdən sonra səsverməyə qoyularaq lll oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Marketlərdə ucuzlaşma OLACAQ
Milli Məclis Azərbaycanla Serbiya arasındakı sazişi ratifikasiya edib
Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
Milli Məclisin iclası başlayıb, gündəlikdə 21 məsələ var
Milli Məclisin iclası başlayıb, gündəlikdə 16 məsələ var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yeni il ərəfəsində bölgələrdə ev kirayələmək neçəyə başa gəlir?
-
Futbol üzrə Azərbaycan Kubokunda ilk 1/4 finalçı müəyyənləşib
-
UNEC-də Beynəlxalq Əlilliyi olan şəxslər gününə həsr edilmiş tədbir keçirilib
-
Mingəçevirdə yük maşını piyadanı vuraraq öldürüb
-
Sumqayıtda 91 yaşlı qadın 9-cu mərtəbədən yıxılaraq ölüb
-
Azərbaycanda mülki silahın əldə edilməsi proseduru elektronlaşdırılır