İcma sədri: Bu tədbirlərin məqsədi Qərbi Azərbaycana qayıdış ideyasının bölgələrdə təbliğidir
Ölkənin müxtəlif regionlarında belə tədbirlərin keçirilməsində məqsədi Qərbi Azərbaycana qayıdış ideyasının bölgələrdə təbliğ olunmasıdır.
Bunu iyunun 5-də Xaçmazda keçirilən “Qərbi Azərbaycan-Yurd yerimiz” mövzusunda elmi-praktiki konfrans çərçivəsində “Sizinxeber.az”un Şimal bürosuna açıqlamasında Qərbi Azərbaycan İcmasının (QAİ) sədri, Milli Məclisin deputatı Əvəz Ələkbərli deyib.
Onun sözlərinə görə, analoji tədbirlər ölkənin Şimal zonasındakı digər rayonlarda da keçiriləcək:
“Xaçmazda təşkil olunan konfrans Qərbi Azərbaycan İcmasının regionlarda icra hakimiyyətləri ilə birgə Qərbi Azərbaycana qayıdış ideyası ilə bağlı keçirdiyi növbəti tədbirlərdən biridir.
Konfransın məqsədi tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış ideyasının bölgələrdə təbliği və bu konsepsiyasının müddəalarının yerli ictimaiyyətə çatdırılmasıdır.
Xaçmazda baş tutan tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etməliyəm. Ölkənin Şimal zonasında bu silsilədən olan mühüm tədbirlərin davamı Quba və Şabran rayonlarında olacaq.
Hesab edirəm ki, bu tədbir də Qərbi Azərbaycana qayıdış yolunda növbəti uğurlu addımlardan biridir”.
Oxşar xəbərlər
Xaçmazda “Qərbi Azərbaycan – Yurd yerimiz” elmi-praktik konfrans və festivalı keçiriləcək
Komitə sədri: Qərbi Azərbaycana qayıdışla bağlı ikinci beynəlxalq konqresə yüzdən çox qonaq dəvət olunub
Əziz Ələkbərov: Türkiyədə Qərbi Azərbaycan nümayəndəliyi açılacaq
Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaxın günlərdə iclası keçiriləcək
Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












