DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq
sizinxeber.az xəbər saytı

DİN: Bayram günlərində ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq


Daxili İşlər Nazirliyi (DİN) Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib.

"Sizinxeber.az" xəbər verir ki, müraciətdə bayram günlərində ictimai təhlükəsizliyin təmin olunması, qanunçuluğun qorunması və vətəndaşların rahatlığının təmin edilməsi məqsədilə bir sıra tədbirlərin həyata keçiriləcəyi bildirilib.

"İyun ayının 6-dan 10-dək respublika ərazisində - ictimai yerlərdə və küçələrdə post-patrul naryadlarının sayı artırılacaq, həyat təminatlı və strateji obyektlərdə təhlükəsizlik tədbirləri diqqətdə saxlanılmaqla polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirəcəklər", - məlumatda bildirilib.

Qeyd olunub ki, vətəndaşların xeyirxah əməllərini təhlükəsiz şəraitdə sanitariya, gigiyena tələblərinə əməl olunmaqla həyata keçirməsi vacibdir:

"Bu məqsədlə qurbanlıq heyvanların müəyyən olunmuş yerlərdən kənarda satışı və kəsiminə icazə verilməyəcək".

Oxşar xəbərlər

Polis bayramda gücləndirilmiş rejimdə çalışacaq - VİDEO
AQTA Qurban bayramı ilə bağlı heyvan kəsimi və satışı məntəqələrində monitorinqlər keçirir
Cəlilabadda Qurban bayramı ilə əlaqədar bir kəsim yeri müəyyən olunub 
FHN Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq
Bayram günlərində daxili işlər orqanları gücləndirilmiş rejimdə işləyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər