Keçmiş məcburi köçkün: Kəngərliyə qayıdış gününü çoxdan arzulayırdıq
sizinxeber.az xəbər saytı

Keçmiş məcburi köçkün: Kəngərliyə qayıdış gününü çoxdan arzulayırdıq


Bu günü çoxdan arzulayır, gözləyirdik. Allah Prezidentimizin canını sağ eləsin.

Bunu “Sizinxeber.az”a Ağdam rayonunun Kəngərli kəndinə qayıdan keçmiş məcburi köçkün Qara Səmədov deyib.

“Nəhayət uzun illərdən sonra öz kəndimizə qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin.

Kəngərliyə oğlum, gəlinim, nəvələrimlə birlikdə qayıdıram”, - Q.Səmədov əlavə edib

“Mənim ən böyük arzum həm də Şuşanı görmək, dünyasını dəyişən doğmalarımızın məzarlarını ziyarət etmək, kəndimizi, oxuduğum məktbi görməkdir”, - o, fikirlərini yekunlaşdırıb.

Qeyd edək ki, Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Kəngərli kəndinə daha 50 ailə - 207 nəfər köçürülüb.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Xatırladaq ki, mayın 23-də Kəngərli kəndinə köç karvanı çatıb, evlərin açarları təqdim olunub. Həmin mərhələdə köçürülən 232 nəfərdən ibarət 49 ailəyə yeni tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim olunub.

Beləliklə, bu gün baş tutan köç də nəzərə alınmaqla Ağdam rayonunun Kəngərli kəndinə cəmi 159 ailə (694 nəfər) köçürülüb.

Oxşar xəbərlər

Doğma yurduna qayıdan Kəngərli sakini dövlət başçısına təşəkkür edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: Çox sevinirik ki, yurdumuza qayıdırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəngərli sakini: Kəndimizdə əkin-biçinlə məşğul olacağam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: 13 yaşımda didərgin düşdüyüm Sarıcalıya beş uşağımla qayıdıram [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: Otuz iki ildən sonra nəhayət ki, yurdumuza qayıdırıq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər