

Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılması qaydası müəyyənləşib.
“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qayda “Texniki təhlükəsizlik haqqında” qanunun 2-ci maddəsinin 3-cü hissəsinə əsasən hazırlanıb və Azərbaycan ərazisində fəaliyyətdə olan təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydasını və vahid dövlət reyestrinin aparılması zamanı yaranan münasibətləri tənzimləyir.
Bu Qaydanın müddəalarına mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan ərazisində təhlükə potensiallı obyektləri istismar edən hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və dövlət orqanları (qurumları) tərəfindən əməl olunmalıdır.
Obyektlərin təhlükə potensiallı obyektlər kateqoriyasına aid edilməsi “Texniki təhlükəsizlik haqqında” qanuna uyğun olaraq həyata keçirilir.
Obyektlərin vahid dövlət reyestrində qeydiyyatdan keçirilməsi və vahid dövlət reyestrinin aparılmasını Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həyata keçirəcək.
Bu Qayda aşağıdakıları müəyyən edir:
- vahid dövlət reyestrinə qeydiyyat məqsədilə daxil edilən obyektlərə dair məlumatlar və onların tərkibi;
- obyektlərin vahid dövlət reyestrinə daxil edilməsi ilə bağlı müraciətlərə baxılması qaydası.
Azərbaycan qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada istismara qəbul edilən obyektlər onların istismarına başlanıldığı tarixdən ən geci 30 gün müddətində dövlət reyestrində qeydiyyatdan keçirilməlidir.
Oxşar xəbərlər
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestrinin aparılmasının yeni qaydası təsdiqlənib
Təhlükə potensiallı obyektlərin vahid dövlət reyestri aparılacaq
Azərbaycanda təhlükə potensiallı obyektlərin siyahısı hazırlanacaq, reyestri aparılacaq
Azərbaycanda təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri hazırlanacaq
Təhlükə potensiallı obyektlər üzrə vahid dövlət reyestri hazırlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
