Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib
Azərbaycanda 14 yaşdan yuxarı şəxslərə kiçik elektrik nəqliyyat vasitəsini idarə etməyə icazə verilib.
"Sizinxeber.az"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Belə ki, 14 yaşdan Azərbaycan ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ siyahısına velosiped və ya araba ilə yanaşı, kiçik elektrik nəqliyyat vasitəsi də əlavə edilir.
Məlumat üçün bildirək ki, kiçik elektrik nəqliyyat vasitəsi – gücü 1 kVt-dan çox olmayan elektrik mühərriki ilə təchiz edilən, bir nəfərin daşınması üçün nəzərdə tutulan və aşağıdakı meyarlara cavab verən fərdi mobil nəqliyyat vasitələridir.
- təkər çarxına mexaniki bağlanan və hərəkət istiqamətinə nəzarət etməyə imkan verən sükanı olan və ya sükanı olmayan, ətalət qüvvəsi (həmçinin jest, mimika və ya səsli komanda) ilə hərəkət edən və özünü tarazlaya bilən texnologiyaya malik olan;
- oturacağı olduğu halda sükanın hündürlüyü 50 sm-dən az olmayan;
- oturacağı olmadığı halda sükanın hündürlüyü 70 sm-dən az olmayan;
- sürücüsüz maksimum kütləsi 55 kq, ümumi hündürlüyü 1,40 m-ə qədər və uzunluğu 2 m-ə qədər olan;
- xarici elektrik enerjisi mənbəyinə qoşularaq doldurula bilən enerji saxlama sistemi (batareyası) olan;
Oxşar xəbərlər
Milli Məclis 14 yaşdan yuxarı şəxslərin kiçik elektrik nəqliyyat vasitəsini idarə etməsinə icazə verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Velosiped yollarında hərəkət edəcək nəqliyyat vasitələrinin sürücüləri 100 manat cərimə ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kiçik elektrik nəqliyyat vasitələri üçün parklanma yerlərinə dair tələblər müəyyən ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimə iki dəfə artırılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda elektrik qurğularının istismarı ilə bağlı tələb dəyişib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












