Sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimə iki dəfə artırılıb
Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə cərimələr artırılıb.
"Sizinxeber.az"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Cərimənin məbləği 100 manatdan 200 manatadək artırılıb.
Daha bir dəyişikliklə Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə təyin olunmuş cərimənin məbləği 300 manatdan 400 manata qaldırılıb.
Oxşar xəbərlər
Milli Məclis sürücülük vəsiqəsi olmadan avtomobil idarə edilməsinə görə cərimənin iki dəfə artırılmasını təsdiqləyib
İriqabaritli avtomobillərin normadan artıq yüklənməsinə görə cərimələr artırılıb
Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manatadək cərimələnəcək
Deputatlar iriqabaritli avtomobillərin normadan artıq yüklənməsinə görə cərimələrin artırılmasına səs veriblər
Yetkinlik yaşına çatmayanların toy və nişan mərasimlərini keçirənlər 13 min manat cərimələnəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













