sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
DİM-in Müşahidə Şurasının tərkibi təsdiqlənib - SİYAHI
Dövlət İmtahan Mərkəzinin (DİM) Müşahidə Şurasının tərkibi təsdiq edilib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla DİM-in Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:
Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təyin edilib.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov isə Müşahidə Şurasının üzvləri seçiliblər.
Oxşar xəbərlər
Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın yeni tərkibi təsdiqlənib
İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib
Prezident İlham Əliyev Azərbaycan hökumətinin tərkibini təsdiqlədi - SİYAHI
Azərbaycanda kənd təsərrüfatının siyahıya alınması həyata keçiriləcək
Bu nazir yeni kabinetdə yer almadı - Sərəncam
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













