

“Meta” şirkətinin nümayəndələri bir sıra dövlət qurumlarının əməkdaşlarına təlim keçib
“Meta” şirkətinin Türkiyə və Azərbaycan regionu üzrə İctimai Siyasət müdiri Naz Değirmenci və İctimai Tərəfdaşlıq müdiri Burak Karagöl ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) rəhbərliyinin görüşü olub.
"Report" xəbər verir ki, görüş çərçivəsində yeni əməkdaşlıq imkanları, sosial media platformalarının təhlükəsizliyi və platforma üzrə ölkədə baş verən aktual kibertəhdidlərə qarşı mübarizə istiqamətində müzakirələr aparılıb.
Bununla yanaşı, ETX-nin təşkilatçılığı ilə “Meta” nümayəndələri tərəfindən ADA Universitetində bir sıra dövlət qurumlarının əməkdaşlarına təlim təşkil edilib. Təlimin açılışında ETX-nin rəisi Samir Rəsulov sosial media platformalarında təhlükəsizliyin vacibliyini qeyd edərək bu istiqamətdə atılacaq addımların əhəmiyyətini vurğulayıb.
Qeyd edək ki, təlimdə Azərbaycanda “Meta” şirkətinin feysbuk, instaqram və vatsap tətbiqləri üzrə istifadəçilərin üzləşdiyi problemlər, məzmun mübadiləsində performansı yaxşılaşdırmaq üçün məsləhətlər, sponsorlu yazıların dərc edilməsi və onun təsirinin ölçülməsi, rəqəmsal təhlükəsizlik və məlumat mühafizəsi ilə bağlı məsələlər müzakirə edilib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Oxşar xəbərlər
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
“Övladlığa götürmə sahəsində göstərilən xidmətlər”lə bağlı media nümayəndələrinə təlim keçirilib
Azərbaycanda online vergi ödənişi ilə bağlı xüsusi platforma yaradılıb
Bakıda COP29 Sədrliyi çərçivəsində İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin təlim seminarı keçirilir
Media nümayəndələri üçün “Sosial Jurnalistika” təlimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“WUF13 QHT Koalisiyası”nın növbəti hibrid görüşü keçirilib
-
İran DİN başçısı: Şahid Rəcai limanında yanğın yenidən alovlanıb
-
Peskov: Tramp və Rusiyanın Ukrayna ilə bağlı mövqelərində bir çox elementlər üst-üstə düşür
-
Qəzza zolağında baş verən toqquşmalarda iki İsrail hərbçisi həlak olub
-
“Die Weltwoche”: Brüssel Avropa Komissiyasının toksik rəhbərinin istefasını istəyir
-
Premyer Liqa: "Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
