Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb
Azərbaycanda sentyabrın 1-nə təyin olunan Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək istəyən iddialılar zəruri prosedurların icrasına başlayıblar.
“Report”un məlumatına görə, VI çağırış Milli Məclisin bitərəf statuslu deputatlarından bəziləri artıq 1 sentyabr seçkilərində iştirakla bağlı qərar qəbul edib.
Parlamentdəki bitərəf deputatlar korpusunun təmsilçisi olan Sahib Alıyev növbədənkənar seçkilərdə namizədliyini irəli sürdüyünü bildirib:
“Sənədlərimi 93 saylı Ağdaş seçki dairəsinə təqdim edərək imza vərəqələrini götürmüşəm. Mümkün olan qısa müddət ərzində tələb olunan sayda seçici imzaları toplanıb komissiyaya təqdim olunacaq”.
“Report”un sorğusunu cavablandıran Milli Məclisin digər bitərəfləri - Könül Nurullayeva (24 saylı Nizami birinci), Əminə Ağazadə (62 saylı Kürdəmir) və Jalə Əliyeva (95 saylı Zərdab-Kürdəmir-Ucar) da 1 sentyabr seçkilərinə qatıldıqlarını, sənədlərini artıq müvafiq Dairə seçki komissiyalarına təqdim etdiklərini bildiriblər.
Oxşar xəbərlər
Azad olunmuş ərazilərdə seçici fəallığı AÇIQLANDI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr... [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu seçki məntəqələrinin nəticələri ləğv edildi - İclas [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahin Bağırov səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov da səs verdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












