Ağdamın Şotlanlı kəndinə ilkin mərhələdə 205 ailənin köçürülməsi planlaşdırılır
sizinxeber.az xəbər saytı

Ağdamın Şotlanlı kəndinə ilkin mərhələdə 205 ailənin köçürülməsi planlaşdırılır


Ağdam rayonunun Şotlanlı kəndinə üç min nəfərin köçürülməsi nəzərdə tutulur, bunun üçün 750 ev tikiləcək, ilkin mərhələdə isə 205 ailənin köçürülməsi planlaşdırılır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

Bildirilib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır.

Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.

Oxşar xəbərlər

Ağdamın Nəmirli kəndinə ilkin mərhələdə 179 ailənin köçürülməsi planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamın Güllücə kəndinə ilkin mərhələdə 108 ailənin köçürülməsi planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Ağdam rayonunun Baş Qərvənd kəndinin təməlqoyma mərasimində iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməli qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər