Fuad Hüseynəliyev: Strateji tərəfdaşlıq sənədinin XİN rəhbərləri səviyyəsində imzalanması onun əhəmiyyətini aşağı salır
sizinxeber.az xəbər saytı

Fuad Hüseynəliyev: Strateji tərəfdaşlıq sənədinin XİN rəhbərləri səviyyəsində imzalanması onun əhəmiyyətini aşağı salır


ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin xarici işlər nazirləri səviyyəsində imzalanması faktiki olaraq bu sənədin əhəmiyyətini aşağı salır.

Bu fikirləri “Sizinxeber.az” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 telekanalında Ermənistan XİN-nin ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədin imzalanması ilə bağlı məlumatını şərh edərkən deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfinin tələskənliyinin izahı Donald Tramp Prezident səlahiyyətlərinin icrasına başlayarsa, belə bir sənədin qısa zamanda imzalanmasının mümkün olmaması ilə bağlıdır:

“Əgər sənəd imzalanarsa, bu, Ermənistanın daxili auditoriyası üçün yaxşı xəbər olacaq. Çünki Ermənistanın ABŞ ilə tərəfdaş olması, tərəfdaşlığını inkişaf etdirəcəyi və s. buna bənzər fikirlər yayılacaq. Amma bunun praktiki olaraq icrasının hansı səviyyədə olacağı sual doğurur. Ola bilər ki, hansısa formada Ermənistanla tərəfdaşlıq edilsin, lakin bunun üçün bir-iki il tələb olunacaq. Çünki Tramp administrasiyanın Ermənistanın problemləri ilə məşğul olmağa vaxtı olmayacaq”.

F.Hüseynəliyev Bayden administarasiyası üçün bu sənədin imzalanmasının heç bir məsuliyyətinin olmadığını bildirib:

“Çünki bir həftədən sonra bu administrasiya artıq olmayacaq. Burada lobbinin xahişi, yaxud təzyiqi ola bilər”.

Oxşar xəbərlər

XİN başçısı: Ermənistan ABŞ-nin strateji tərəfdaşı olmaq istəyir
Fuad Hüseynəliyev: Dörd sərhəd kəndin qaytarılması sülh sazişi istiqamətində mühüm addımdır
Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanacaq
“Oktyabrda sülh müqaviləsi imzalanacaq?” sualına - Paşinyandan cavab
Fuad Hüseynəliyev: Qərbin Ermənistanı silahlandırması tək Azərbaycana yox, həm də Rusiya əsgərlərinə qarşı yönələ bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər