Nazir müavini: ƏƏSMN-in tabeliyindəki 160 xidmətin 90 faizindən çoxu elektronlaşdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki 160 xidmətdən 145-i və ya 90 faizdən çoxu elektronlaşdırılıb.
"Sizinxeber.az" xəbər verir ki, bunu DOST Agentliyində “Sosial müdafiə sahəsində şəffaflığın təmin edilməsi və elektron həllərin tətbiqi” mövzusunda vətəndaş cəmiyyəti institutları ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
A.Əliyev Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın icrası olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflığın təminatı, korrupsiyaya şərait yaradan halların qarşısının alınması məqsədilə son illər həyata keçirilən islahatları diqqətə çatdırıb.
Görüşdə 2018-2024-cü illərdə dövlət sosial xidmətləri sahəsində e-texnologiyaların geniş tətbiqi sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. 2019-cu ildən yaradılan 50-dən çox proaktiv xidmət vasitəsilə sosial ödənişlərin müraciət olunmadan və sənəd təqdim edilmədən e-sistem üzərindən təyin olunduğu bildirilib.
Sosial müdafiə sahəsində antikorrupsiya tədbirlərinə, DOST Konsepsiyasına və elektron həllərin tətbiqinə dair təqdimatlar edilib. Son illər Nazirliyin qurumlarına bir çox beynəlxalq standartlar, o cümlədən antikorrupsiya idarətmə sistemi üzrə ISO 37001 beynəlxalq standartı üzrə sertifikat təqdim edildiyi qeyd olunub. Elektron həllərin tətbiqi barədə geniş məlumat verilib.
Qeyd olunub ki, həmçinin nazirliyin bütün xidmətləri e-sosial portalında reyestr formasında təqdim olunur. Portalın əsas səhifəsində axtarış alqoritmləri daha da təkmilləşdirilib ki, bu da nəticələrin sürətli və dəqiq şəkildə təqdim olunmasını təmin edir.
Nazirliyin "Sosial Bot" layihəsi, peşə və kvalifikasiya standartlarının reyestri, özünüməşğulluq proqramı çərçivəsində aktiv alanlar və s. barədə məlumatlar da e-sosial portalına inteqrasiya edilib. Şəffaflığın artırılması məqsədilə dövlət xidmətləri portalında Nazirlik üzrə xidmətlərə dair məlumatların mütəmadi olaraq yenilənməsi işləri görülür.
"Əmək və Məşğulluq" altsitsteminin əmək bazarı iştirakçılarının məşğulluq xidmətlərindən çevik və şəffaf şəkildə yararlanmaları üçün üstünlükləri qeyd olunub.
Görüşdə, həmçinin Nazirlik yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov, QHT-lərin nümayəndələri iştirak ediblər.
Oxşar xəbərlər
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Rusiya nümayəndə heyəti ilə görüş olub
Azərbaycan və Türkiyə arasında pensiya təminatı sahəsində yeni sənəd hazırlanır
Xidmət rəisi: İlin sonuna qədər əməyin mühafizəsi sahəsində 100-ə yaxın standart qəbul ediləcək
Özbəkistanla əmək, məşğulluq, sosial müdafiə sahələrində təcrübə mübadiləsi aparılıb
Qazaxıstanla əmək, məşğulluq və sosial müdafiə sahəsində təcrübə mübadiləsi aparılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tiktoker “Roşka” yenidən həbs edildi
-
İsrafil Məmmədov: “Yaşıl enerji" və rəqəmsal infrastruktura investisiyalar planlaşdırılır” - MÜSAHİBƏ
-
“ASAN Xidmət” iki universitetlə Anlaşma Memorandumu imzalayıb
-
HP: Bәdәn Tәrbiyәsi vә İdman Akademiyasında nöqsanlar aşkarlanıb
-
ARDNF-in icraçı direktoru: "Rusiyanın "VTB Bank"ı 2021-ci ildən dividend ödəmir"
-
Hesablama Palatası: Dövlәt Ehtiyatları Agentliyi vergidәn yayınıb