Xankəndidə Qarabağ Universitetinin yaradılmasının birinci ildönümü qeyd edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
noy
2024
18:00

Xankəndidə Qarabağ Universitetinin yaradılmasının birinci ildönümü qeyd edilib

30 noy, 2024
18:00
847

Xankəndidə Qarabağ Universitetinin yaradılmasının birinci ildönümü qeyd edilib

Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə Xankəndi şəhərində Qarabağ Universiteti İncəsənət fakültəsi tərəfindən konsert-sərgi proqramı təşkil olunub.

“Reöort”un Xankəndinə ezam edilmiş əməkdaşının məlumatına görə, tədbirdə universitetin müəllim-tələbə heyəti və təhsil naziri Emin Əmrullayev də iştirak edir.

Tədbir İncəsənət fakültəsi tələbələri tərəfindən Dövlət himninin ifası ilə başlayıb. Sonra universitetin rektoru Şahin Bayramov çıxış edərək rəhbəri olduğu ali məktəb haqqında ətraflı məlumat verib.

Təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin kollektivinə gələcək fəaliyyətlərində uğur arzulayıb.

Tədbir universitetdə çalışan incəsənət xadimlərinin çıxışları ilə davam edib. Həmçinin sözügedən fakültənin yaradıcı heyətinin müəllifi olduğu sənət nümunələri sərgilənib.

Bizimlə əlaqə saxlayın