aaaaaaaaaaaaaaaaKirmizi-Indirim-Firsati-Web-Site-Banner-Reklam-Bandi-1100-x-88-piksel_2.gif
Qərbi Azərbaycanda 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq yerlə-yeksan edilib
sizinxeber.az xəbər saytı

Qərbi Azərbaycanda 300-dən çox məscid, 500-ə yaxın qəbristanlıq yerlə-yeksan edilib


Qərbi azərbaycanlıların doğma yurdlarında qalan zəngin maddi-mədəni irsi, 300-dən çox məscid, saraylar, qala və karvansaralar, 500-ə yaxın qəbristanlıq yerlə-yeksan edilib.

"Sizinxeber.az" xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının (QAİ) Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsinin həmtəsisçisi, Qlobal Məsələlər İnstitutunun prezidenti və Texasdakı “Northwood” kilsəsinin baş pastoru Bob Roberts və Qlobal Məsələlər İnstitutunun vitse-prezidenti Ceyms Çenlə icmada keçirilən görüşdə deyib.

Tədbirdə qonaqlara Qərbi Azərbaycan həqiqətləri barədə məlumat verilib, soydaşlarımızın ötən əsr boyunca öz ata-baba yurdlarından mərhələlərlə deportasiya edilmələri barədə danışılıb.

Deputat Kamal Cəfərov qonaqlara məscid və məzarlıqların dağıdılmasının dini baxımdan da heç bir ölçüyə sığmadığını, bu əməllərə Ermənistan tərəfindən son verilməli olduğunu deyib.

İcmanın şöbə müdiri Ülviyyə Zülfiqar dünyanın bütün ölkələri, o cümlədən ABŞ-də da qərbi azərbaycanlıların haqq işinin dəstəklənməsinin mühüm əhəmiyyət kəsb etdiyini, beynəlxalq hüququn norma və prinsiplərindən olan qayıdış hüququnun həyata keçirilməsi istiqamətində əməkdaşlıq edilməli olduğunu vurğulayıb.

Pastor Bob Roberts bildirib ki, Qərbi Azərbaycanla bağlı daha əvvəl qərb mediasından eşitmiş olsa da indi məsələnin əsl mahiyyəti ilə bağlı daha təfsilatlı və doğru məlumata malik oldu. O Azərbaycandakı tolerantlıq səviyyəsinin yüksək olduğunu bildirərək, sülh və barışıq naminə bu modelin hər iki ölkədə olmalı olduğuna diqqət çəkib.

Oxşar xəbərlər

Qərbi Azərbaycan İcmasında ABŞ nümayəndə heyəti ilə görüş keçirilib
İcma: İndiki Ermənistan ərazisində Qərbi azərbaycanlıların maddi və qeyri-maddi mədəni irsi məhv edilib
ABŞ-nin Qlobal Siyasət İnstitutunun professoru ilə onlayn vebinar keçirilib
Deputat ATƏT-in iclasında Qərbi Azərbaycana qayıdışdan bəhs edib  
İlahiyyat İnstitutu ilə ABŞ-nin Dinlərarası Qonşuluq Şəbəkəsi arasında əməkdaşlıq müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər