Müdafiə Nazirliyi ilə Ombudsman Aparatının birgə tədbirlər planı imzalanıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2024-cü il üçün birgə tədbirlər planı imzalanıb.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Plana əsasən, Müdafiə Nazirliyinin tabeliyindəki qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, o cümlədən xüsusi təyinatlı təhsil müəssisələrində cari il ərzində keçirilməsi nəzərdə tutulan tədbirlərin yeri, vaxtı və məsul şəxslər müəyyən edilib.
Bu il təşkil ediləcək tədbirlər zamanı hərbi qulluqçuların hüquqlarının müdafiəsi, insan hüquqlarının qorunması vəziyyətinin öyrənilməsi ilə bağlı şəxsi heyətlə bir sıra görüşlər keçiriləcək, müxtəlif mövzularda məruzələr dinləniləcək, həmçinin onlarla ətraflı fikir mübadiləsi aparılacaq.
Oxşar xəbərlər
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı maarifləndirici vəsait hazırlayıb
Prezidentdən xüsusi təyinatlılarla bağlı FƏRMAN
Baş nazirdən hərbçilərin maaşı ilə bağlı sərəncam
Ermənistan və Yunanıstan arasında hərbi əməkdaşlıq haqqında saziş imzalanıb - FOTO
Elm və Təhsil Nazirliyi Ombudsmanla birgə işçi qruplarının yaradılmasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib












