Kamran Əliyev: TDT üzv Dövlətlərin Baş Prokurorları Şurasının fəaliyyətində Türkiyə önəmli yer alır
Türk Dövlətləri Təşkilatina üzv Dövlətlərin Baş Prokurorları Şurasının fəaliyyətində Türkiyənin yeri önəmlidir.
"Sizinxeber.az"un məlumatına görə, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyənin Ali Məhkəməsinin Baş prokuroru cənab Muhsin Şentürkün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Bildirilib ki, görüşdə K.Əliyev təşkilatın fəaliyyətində Türkiyənin önəmli yer aldığını vurğulayıb:
"Türk Dövlətləri Təşkilatina üzv Dövlətlərin Baş Prokurorları Şurasının ölkələrimiz arasında möhkəm təməllər üzərində qurulmuş, dərin tarixi köklərə əsaslanan yüksək səviyyəli dostluq və qardaşlıq münasibətlərinin inkişafına yeni impuls verməklə əməkdaşlığın keyfiyyətcə yeni, qarşılıqlı əlverişli olan səviyyəyə yüksəlməsinə xidmət etdiyinə, müasir çağırışlara adekvat şəkildə, sistemli yanaşmalar əsasında cavab verməklə cinayətkarlığa qarşı mübarizənin, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə mühüm töhfədir. Təşkilatın fəaliyyətində Türkiyə önəmli yer alıb".
Baş prokuror COP29-da Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi -UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.
Qeyd edək ki, görüşdə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı iştirak edib.
Oxşar xəbərlər
Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bakıya gəlib
Prezident: Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin
Zəngəzur dəhlizinin qısa zamanda reallaşması üçün Azərbaycanla sıx əməkdaşlıq edirik
Türk Dövlətləri Təşkilatının Milli Təhlükəsizlik Şurasının sədrləri Türküstanda toplaşıb
Bişkekdə Azərbaycan və Qırğızıstanın Baş prokurorları iki sənəd imzalayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













