Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələri qeydə alınıb
sizinxeber.az xəbər saytı

Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələri qeydə alınıb


Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən daha 8 şəxsin səlahiyyətli nümayəndələrini qeydə alıb.

“Sizinxeber.az”un xəbərinə görə, məsələ barədə komissiyanın dekabrın 26-da keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

Müzakirələrdən sonra prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin səlahiyyətli nümayəndələri qeydə alınıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 15-ə çatıb - SİYAHI
MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib
Elşad Musayevin prezidentliyə namizədliyi irəli sürülüb
Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb
Azərbaycanda prezidentliyə namizədliyi irəli sürülən şəxslərin sayı 8-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər