QHT-lərdən Prezident İlham Əliyevə doğum günü münasibətilə müraciət
Qeyri-Hökumət Təşkilatları Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə müraciət ediblər.
“Sizinxeber.az” xəbər verir ki, müraciətdə deyilir:
Hörmətli cənab Prezident! Müzəffər Ali Baş Komandan!
Biz - Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Sizə milli lider olaraq müraciət edirik. Siz bütün xalqın, dünya azərbaycanlılarının məhəbbətini qazanaraq, milli liderliyə Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə tam nail olmaqla, tarixin ən qüdrətli Azərbaycan dövlətini yaratmaqla yüksəlmisiniz. Azərbaycan Bayrağını Şuşada, Xankəndində, Xocalıda ucaltmısınız!
2003-cü ildən bu yana Azərbaycan xalqı bütün Prezident seçkilərində yalnız Sizi seçib, öz gələcəyini yalnız Sizə etibar edib. Siz verdiyiniz bütün vədləri yerinə yetirmisiniz.
Siz Azərbaycan xalqını ən böyük arzularına qovuşduran, milli idealına çatdıran şəxsiyyət kimi vətəndaş cəmiyyəti üçün də doğmasınız. QHT-lərin fəaliyyəti ilə bağlı çağırışlarınız, fikirləriniz, Azərbaycan QHT-lərinə ictimai etimadı artırır, vətəndaş cəmiyyətinin qərarların qəbulu proseslərində fəal iştirakını təşviq edir.
Biz Sizin dəstəyinizdən ruhlanaraq, məsələlərin üzərinə daha qətiyyətlə gedirik, cəmiyyətin inkişafı üçün təşəbbüslərin reallaşması işində əzmkarlıq nümayiş etdirməkdən çəkinmirik. Yaratdığınız sərbəst və azad mühit vətəndaş cəmiyyəti üçün böyük töhfədir.
Bu əlamətdar gündə fürsətdən istifadə edərək, fədakar fəaliyyətiniz üçün Sizə dərin minnətdarlığımızı bildiririk.
Biz hər gün ən müxtəlif kateqoriyadan olan insanların içərisindəyik. Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları adından bildiririk ki, Sizin liderliyinizlə Azərbaycanın böyük qələbələrinin davam etdirilməsi hər bir azərbaycanlının ümumi arzusu, istəyidir.
Biz Sizinlə - qalib xalqın qalib lideri ilə fəxr edirik! Doğum gününüz mübarək!”.
Oxşar xəbərlər
“Bu gün Azərbaycan xalqı “Allaha şükür” deyir” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Leyla Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ETSN Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












