Məntəqə sədri: Artıq seçkiyə tam hazırıq, seçicilərə bildirişlər paylanılıb
Artıq məntəqə seçkiyə tam hazırdır, seçicilərə bildirişlər paylanılıb.
Bunu "Report"un Qarabağa ezam olunmuş müxbirinə Ağdam şəhərində yerləşən 48 saylı seçki məntəqəsinin sədri Arzu Rəhimova deyib.
Onun sözlərinə görə, bu məntəqə üzrə 459 seçici var: "Sentyabrın 1-də seçicilərimiz aktivlik göstərərək gəlib səsvermə hüququndan istifadə edəcək. Seçicilərimiz içində ən yaşlısının 63 yaşı var".
A.Rəhimova bildirib ki, artıq ikinci dəfədir azad olunmuş Ağdamda seçki keçirilir: "Azad Ağdamda bu gözəl hissi ilk dəfə növbədənkənar prezident seçkilərində yaşamışıq. Gözəl hissdir ki, 30 il işğalda qalan rayonda seçki olur. Ali Baş Komandana, hərbçilərimizə, şəhid və qazilərimizə təşəkkür edirik, bu gözəl hissi bizə yaşatdılar".
Oxşar xəbərlər
MSK sədri: Artıq 6343 daimi seçki məntəqəsi seçkiyə hazırdır
Məzahir Pənahov məntəqə seçki komissiyalarına xəbərdarlıq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Fərid Qayıbov qadınlardan ibarət futbol millisinin çıxışını yüksək qiymətləndirib
