Hərbi Prokurorluq və Dövlət Sərhəd Xidməti Zəngilanda birgə tədbir keçirib
Zəngilan rayonunda Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Dövlət Sərhəd Xidmətinin yüksəkrütbəli hərbi qulluqçuları şəxsi heyətlə birgə tədbir keçiriblər.
Hərbi Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə general-mayor Azad Abdullayev, Hərbi prokurorun böyük köməkçiləri, baş ədliyyə müşaviri Firad Əliyev, ədliyyə polkovniki Fərəc Sayılov, Qubadlı hərbi prokuroru, ədliyyə polkovnik-leytenantı Elşən Mürsəlov, eləcə də digər şəxslər çıxış ediblər.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə, dövrün tələblərinə uyğun şəkildə, uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətində Azərbaycanda görülmüş müstəsna işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə qazanılmış misilsiz uğurlardan söz açıblar.
Sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, o cümlədən ekoloji cinayətlərdən və məsuliyyətdən söz açan tədbir iştirakçıları ətraf mühitin daha da sağlamlaşdırılmasının və etibarlı qorunmasının əhəmiyyətini vurğulayıblar.
Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub. Onları maraqlandıran suallar cavablandırılıb.
Tədbir çərçivəsində, həmçinin hərbçilərin qayğı və problemləri ilə maraqlanılıb.
Sonda iştirakçılar tərəfindən ağaclar əkilib.
Oxşar xəbərlər
Hərbi Prokurorluq və DSX Zaqatalada birgə tədbir keçirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
