Cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlar üçün tədbir keçirilib
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadın məhkumlar üçün “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin təşkilatçılığı ilə tədbir keçirilib.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Bildirilib ki, tədbir çərçivəsində 20 məhkuma eko çanta boyama, 15 məhkuma əl işləri sənəti üzrə təlimlər, 100-dən artıq məhkuma isə psixoloji seminar təşkil edilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində həyata keçirilmiş “Arzularını boya” adlı təlimdə məhkum qadınlar öz istedadlarını ekoloji təmiz və insan sağlamlığına faydalı eko çantalar üzərində rəsmlər çəkərək sınayıblar.
“Sadə sənət və sənətkarlıq” layihəsi çərçivəsində İctimai Birliyin rəssam-dekoratoru tərəfindən məhkumlara salfetlərdən gül hazırlamaq və şam yeməyi masasında onlardan istifadə qaydaları öyrədilib.
İctimai Birliyin əməkdaşları tərəfindən məhkum qadınlar üçün təşkil olunan “Arzularını gerçəkləşdir” adlı psixoloji seminarda mühazirə söylənilib, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb, sualları cavablandırılıb.
Bundan əlavə, müəssisədə tanınmış yazıçı Elxan Elatlının məhkum qadınlarla görüşü təşkil olunub. Yazıçı imzaldığı kitablardan bir neçəsini məhkumlara hədiyyə edib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
