Rövzət Qasımov: MSK bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır
- 10-08-2024, 16:00
- Siyasət / Daxili siyasət
- 0
- 1 075
Mərkəzi Seçki Komissiyası (MSK) bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırır.
"Sizinxeber.az" xəbər verir ki, bunu “Secki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
Onun sözlərinə görə, bütün namizədlərin bərabər şərtlərə əsaslanan təşviqat kampaniyasının aparılması üçün qanunvericiliyin tələblərinə uyğun lazımi addımlar atılıb və geniş imkanlar təmin olunub:
“Bütün dairələr ərazisində müvafiq qurumlarla əməkdaşlıq şəraitində kifayət qədər, hətta artıqlaması ilə açıq və qapalı yerlər müəyyənləşdirilib. Ümumilikdə, respublika üzrə 5 506 açıq və qapalı yer ayrılıb. Həmin yerlər heç bir ödəniş tələb olunmadan təşviqat subyektlərinin sərəncamındadır. Namizədlər ayrılmış yerlərdə sərbəst şəkildə öz seçiciləri ilə görüşmək imkanına malikdirlər. Eyni zamanda, deputatlığa namizədlər ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı MSK-ya müraciət etmiş 58 media qurumunda bərabərlik prinsipi əsasında və eyni şərtlərlə ödənişli təşviqat da apara bilərlər”.
“Bütün namizədlərdən təvəqqemiz qanunvericiliyin tələblərinə uyğun, bir-birlərinə qarşılıqlı hörmət şəraitində təşviqat aparmalarıdır. Təşviqatın hədəfi digər namizədlərə qarşı kampaniya deyil, seçicilərə öz ismarışlarını çatdırmaqdan ibarət olmalıdır”, - R.Qasımov əlavə edib.
MSK sədrinin müavini namizədlərə də müraciət edib: “Bütün namizədləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırırıq”.


width="220" alt="İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır" />
width="220" alt="Seçkilərdə ödənişli əsaslarla təşviqat üçün MSK-ya müraciət edən media subyektlərinin sayı açılqanıb" />
alt="Ukraynada qələbə planı: “Zelenskiyə bütün meydanlarda abidə qoyulacaq” – nüfuzlu deputatdan sensasiyalı bəyanat" />
alt="Bu ölkənin viza qiyməti artdı" />
alt="Baydenin imzaladığı bu sənədlər ləğv ediləcək - Tramp" />
alt="Dieqo Maradona barədə cizgi serialı çəkiləcək" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"">
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib">
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir">
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib">
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />