PA-nın şöbə müdiri gənclərə çağırış edib
Bizim varlığımızın gələcəkdə necə olması Azərbaycan gənclərinə bağlıdır. Gənclərimizin aralarında ingilis dilində yox, öz dilində danışmaqları yaxşı olardı.
"Sizinxeber.az"un Laçına ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.
Onun sözlərinə görə, gənclər bütün ölkələrdə aparıcı qüvvədir: "Artıq ən yüksək amallar gənclər tərəfindən həyata keçirilir. Gənclərimiz xarici ölkələrdə yaşayır, təhsil alır. İnsanın ən böyük hüququ yaşamaq hüququdur. Hüququndan keçən əsgərlərimiz torpaq uğrunda ölümə getdilər. Siz bunları bilməli və gələcək nəsillərə ötürməlisiniz".
F.Əliyeva bildirib ki, qalib ölkənin vətəndaşı olmaq qürurludur: "Azərbaycan sizə əmanətdir. Dünən Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü idi. Azərbaycan dili bizə məxsus olan nemətdir. Siz gənclər onu biləndə bir-birinizə da sıx bağlanırsınız".
Oxşar xəbərlər
Bu ilin sentyabrında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Fuad Muradov: Xarici ölkələrdə Azərbaycan evlərinin açılması üçün çoxsaylı müraciətlər var
Laçında “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin açılış mərasimi keçirilib - YENİLƏNİB
Bu il Laçının Güləbird kəndinə köç olacaq
PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabrda vətəndaşların qəbulu cədvəli AÇIQLANDI - SİYAHI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













