Bu ilin sentyabrında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək
Bu ilin sentyabrında xaricdə yaşayan azərbaycanlı alimlərin forumu keçiriləcək.
"Report"un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Laçında keçirilən “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib.
Onun sözlərinə görə, tədbir Diaspor Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
F.Muradov bildirib ki, Dövlət Komitəsinin növbəti beşillik üçün fəaliyyət planı hazırlanıb: "Qarabağ Universitetinin yaradılması dünya təhsil sistemində Qarabağın adının olması deməkdir. Biz dünyada Azərbaycan dilinin təbliğinə xüsusi diqqət ayırmalıyıq. Yaxın vaxtlarda xaricilər üçün ingilis dilində Azərbaycan dili qrammatikası layihəsinə başlayacağıq. Azərbaycan dili bizim üçün prioritetdir, azərbaycanlı doğma dilini bilməlidir"
Dövlət Komitəsinin sədri həmçinin vurğulayıb ki, Azərbaycan əleyhinə təbliğatlar getdikcə artacaq: "Bu gün Azərbaycana qarşı ikili standartlar var. Gənclər də yaşadıqları ölkələrində ətraflarını bu barədə məlumatlandırmalıdırlar. Azərbaycanın xüsusi təbliğata ehtiyacı yoxdur, reallıqları çatdırmağınız kifayətdir. Dünyada 300-dən çox diaspor təşkilatımız fəaliyyət göstərir. Ancaq bu o demək deyil ki, hamısının işi səmərəlidir. Ona görə də gəncləri diaspor fəaliyyətinə daha çox diqqət göstərməyə çağırıram".
.
Oxşar xəbərlər
Fuad Muradov: Xarici ölkələrdə Azərbaycan evlərinin açılması üçün çoxsaylı müraciətlər var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il Laçının Güləbird kəndinə köç olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fuad Muradov "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin ikinci yarısında Laçının Güləbird kəndinə köç olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












