Sabah deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərinin DSK-lara təqdim edilməsi üçün müddət başa çatır
sizinxeber.az xəbər saytı

Sabah deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərinin DSK-lara təqdim edilməsi üçün müddət başa çatır


Sabah növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.

Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar bu müddət 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edir.

Oxşar xəbərlər

Seçici siyahılarının məlumat lövhələrində yerləşdirilməsi üçün ayrılan müddət başa çatır
Parlament seçkiləri ilə əlaqədar qeydə alınan yerli və beynəlxalq müşahidəçilərin sayı açıqlanıb
Deputatlığa namizədliyi irəli sürülənlərdən 454-ü 25 siyasi partiyanın nümayəndəsidir
YAP-ın deputatlığa namizədlər siyahısında dəyişiklik edilib
1162 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 449-u 24 siyasi partiyanın nümayəndəsidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər