Müharibə başlayandan bu günədək 100 mindən çox Ukrayna vətəndaşı Azərbaycana gəlib
2022-ci ilin mart ayından cari ilin iyul ayınadək ümumilikdə 2 milyon 176 min 436 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib.
Bu barədə "Sizinxeber.az"un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, gələnlərdən 2 milyon 67 min 278 nəfəri Rusiya, 109 min 158 nəfəri Ukrayna vətəndaşıdır.
Eyni zamanda 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycana gələn Rusiya vətəndaşlarının sayı 314 min 549 nəfər, Ukrayna vətəndaşlarının sayı isə 17 min 138 nəfər olub.
Bundan başqa, 2022-ci ilin mart ayından 2024-cü ilin iyul ayınadək isə ümumilikdə 1 milyon 535 min 889 nəfər Rusiya və Ukrayna vətəndaşı Azərbaycana gəlib. 2024-cü ilin yanvar-iyul aylarında isə 438 min 66 nəfər Rusiya, 20 min 189 nəfər Ukrayna vətəndaşı da Azərbaycana giriş edib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb.
Oxşar xəbərlər
Bu ilin ilk rübündə Azərbaycana daimi yaşamaq üçün 773 nəfər gəlib
Bu ilin ilk beş ayında 1 milyona yaxın əcnəbi Azərbaycana gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
