DİP: Vaşinqton görüşündə əldə edilən nəticələr böyük tarixi əhəmiyyətə malikdir
sizinxeber.az xəbər saytı

DİP: Vaşinqton görüşündə əldə edilən nəticələr böyük tarixi əhəmiyyətə malikdir


Demokratik İslahatlar Partiyası (DİP) Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələri ilə bağlı bəyanat verib.

Bu barədə "Report"a siyasi təşkilatdan məlumat verilib.

Bəyanatda Prezident İlham Əliyevin Vaşinqtona səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmaların, eləcə də Azərbaycan-Ermənistan normallaşma prosesi istiqamətində əldə edilən nəticələrin böyük tarixi əhəmiyyətə malik olduğu vurğulanıb.

"Bayden dövründə kifayət qədər zədələnmiş Azərbaycan-ABŞ ikitərəfli münasibətləri bərpa olunub, Prezident Donald Trampın imzaladığı sərəncamla Azərbaycana qarşı 33 il ərzində ədalətsiz şəkildə tətbiq olunan "Azadlığı Dəstəkləmə Aktı"na 907-ci düzəlişin tətbiqi dayandırılıb".

Qeyd olunub ki, Ağ Evdə paraflanan saziş bölgəyə dayanıqlı sülhün gəlməsinin əsas göstəricisidir:

"Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Ermənistan öz ev tapşırıqlarını yerinə yetirəndən - konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını aradan qaldırandan sonra yekun sülh sazişi imzalanacaq".

Oxşar xəbərlər

İlham Əliyev BƏƏ Prezidentinə zəng edib
Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb
Prezident İlham Əliyev Şahbaz Şərifə zəng edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana zəng edib
XİN sözçüsü: Prezident İlham Əliyevin rəhbərlik etdiyi prinsipial diplomatiya regionumuza sabitlik gətirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər