Həsənriz sakini: Çətin günlərimiz geridə qaldı, artıq doğma yurdda firavan yaşayacağıq
Çətin günlər geridə qaldı, artıq doğma Həsənrizdəyik.
Bu fikirləri "Report"un Qarabağ bürosunun Ağdərəyə ezam olunan əməkdaşına açıqlamasında Həsənriz kənd sakini Şahlar Cabbarov səsləndirib.
O qeyd edib ki, işğaldan əvvəl qonşuluqda ermənilər də yaşayıblar:
"Əvvəllər tam büruzə verməsələr də, ermənilərin bizə qarşı aqressiv olmalarını həmişə hiss etmişik. İşğal hadisələrindən sonra bizə təzyiqlər artmağa başladı. Həsənrizdən Kəlbəcərə köçdük. Kəlbəcərin də işğalından sonra Bərdəyə köçdük".
Çətin günlərin geridə qaldığını deyən Ş.Cabbarov doğma Həsənrizdə öz evinə köçməyin sevincini yaşadığını deyib.
"Çətin günlər keçirdik. İlk aylar çadır şəhərciyində, sonra ferma binasında məskunlaşdıq. Bu gün bu çətinliklərimiz geridə qaldı. Artıq Həsənrizdə firavan yaşayacağıq. Yenidən kəndimizə, ən əsası öz evimə döndüyümə görə çox şadam. Ölkə başçımıza təşəkkür edir, şəhidlərimizin ruhu qarşısında baş əyirəm", deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə Həsənrizə 114 nəfərdən ibarət 29 ailə köçürülür. Ümumilikdə isə bu gün də daxil olmaqla kəndə 119 ailə 420 nəfər köçürülüb.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Oxşar xəbərlər
Suqovuşan sakini: Uzunmüddətli köçkün həyatından sonra artıq şəraitli evlərimizdə yaşayacağıq
Xocalı sakini: Doğma yurda qayıdışın doğurduğu hissləri sözlə ifadə etmək çətindir
Həsənriz sakini: Dövlətin burada bizə yaratdığı şərait ən yüksək səviyyədədir
Həsənriz sakini: Doğma kəndə qayıdacağımıza inamımızı heç vaxt itirmədik
Həsənriz sakini: Şəhid qanlarının haqqını bu yerləri dirçəltməklə verməliyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













