DYP həftəsonu səfərə çıxan sürücülərə xəbərdarlıq edib
Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) həftəsonu səfərə çıxan sürücülərə və hərəkət iştirakçılarına xəbərdarlıq edib
"Sizinxeber.az" xəbər verir ki, bu barədə BDYP məlumat yayıb.
Bildirilib ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı hava şəraiti hökm sürür ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.
"BDYP həftəsonu avtomobil yollarında nəqliyyat axınının artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri qeyri-sabit hava şəraitində daha diqqətli olmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır. Qeyd olunan hava şəraitinin xüsusilə ikitəkərli, o cümlədən moped, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində çətinliklər yaratdığını nəzərə alaraq, belə nəqliyyat vasitələrindən mümkün qədər az istifadə olunması tövsiyə edilir", - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
DYP: Güclü külək yollarda qəza riskini artırır
Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti
BDYPİ-dən sürücülərə XƏBƏRDARLIQ
Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













