Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
sizinxeber.az xəbər saytı

Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib


Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 24-dən 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağış yağacağı bəzi yerlərdə güclü külək əsəcəyi ehtimal edilir.

Daxili İşlər Nazirliyindən Sizinxeber.az-ya verilən xəbərə görə, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək yolarda diqqətli olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, sürücülərdən yol və meteoroloji şəraiti nəzərə alaraq sürət həddini minimuma endirməyi, kifayət qədər ara məsafəsi saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını nəzarətdə saxlamağı xahiş edir.

Küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğu unudulmamalı, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daşıdıqları yükün qablaşdırılmasına diqqət yetirməlidirlər.

Oxşar xəbərlər

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı müraciət edib
Hava şəraiti ilə əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin hərəkət iştirakçılarına müraciəti
Sürücülərə yağışlı hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaq tövsiyə edilib
DYP: Güclü külək yollarda qəza riskini artırır
Sabah bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle