

Kəlbəcərə ilk dəfə infotur təşkil edilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi heykəltaraş və rəssamlardan ibarət yaradıcı qrup üçün Kəlbəcər rayonu ərazisinə ilk dəfə infotur təşkil edib.
Bu barədə "Report"a qurumdan məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib.
İncənət ustalarına Kəlbəcərin təbiəti ilə yerində tanış olmaq, buradakı əsrarəngiz mənzərələri əyani şəkildə görmək imlanı yaradılıb. Onlar həmçinin bu ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin izlərini, dağıdılıb talan edilmiş yurd yerlərimizi müşahidə edib, hazırda təsərrüfat məqsədləri üçün rayon ərazisində gəlmiş yerli sakinlərlə həmsöhbət olublar. Fırça və tişə ustaları təbiət mənzərələrini birbaşa naturadan çəkmək fürsətindən də yararlanıb, kağız və kətan üzərində çizgilər işləyib, foto-video çəkilişlər aparıblar.
Yaradıcı qrupun üzvləri səfər çərçivəsində Kəlbəcər şəhərini, qədim alban məbədi Xudavəng monastrını ziyarət edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə olublar. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.
Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.
Oxşar xəbərlər
Komitədə görüş: Xankəndiyə qayıdış...
“Qaçqınkom”dan azad olunan ərazilərə köçürülən şəxslərlə bağlı iddialara CAVAB
Keçmiş məcburi köçkünlər doğma yurdlarından dövlət başçısını təbrik ediblər
"Qaçqınkom"un heç bir quruma kommunal xidmətlərə görə borcu yoxdur" - RƏSMİ
Digər rayonların sakinləri Qarabağdan ev ala bilərmi? - RƏSMİ AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
