Səbuhi Qəhrəmanov: Ermənilər ekoloji terrorla təbii ehtiyatları gizli şəkildə məhv ediblər
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər ekoloji terrora əl ataraq təbii ehtiyatları gizli şəkildə məhv ediblər.
"Sizinxeber.az"un Qarabağa ezam olunmuş müxbiri xəbər ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.
Onun sözlərinə görə, azad olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətləri ermənilər tərəfindən talan edilib: "Bu ərazilərdəki təbiət abidələrinə, qoruqlara, meşələrə, biomüxtəlifliyə ciddi ziyan vurulub, kənd təsərrüfatı torpaqları yararsız hala salınıb".
S.Qəhrəmanov bildirib ki, işğal zamanı ərazilərdəki mövcud faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar istismar olunub, flora və fauna sistemli şəkildə məhv edilib: "Eyni zamanda yerə basdırılan yüz minlərlə mina həmin ərazilərdə insanlar üçün böyük ekoloji fəlakətə çevrilib. Hazırda ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmizləmə işləri sürətlə həyata keçirilir".
Oxşar xəbərlər
Nazir müavini: Ermənilər işğal dövründə 260 min hektar meşə sahəsini məhv edib
Xankəndi, Şuşa, Ağdərə və Xocalıda yeni milli park yaradılır
İşğaldan azad olunmuş ərazilərdə Milli park yaradılır
Xankəndidə Ekoloji məsələr üzrə İşçi Qrupun növbəti iclası keçirilir
Laçında Ekoloji məsələlər üzrə İşçi qrupunun növbəti iclası keçirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













