Azərbaycanda yeni medal təsis olundu
sizinxeber.az xəbər saytı

Azərbaycanda yeni medal təsis olundu


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanununun tətbiqi haqqında Fərman imzalayıb.

Sizinxəbər.Az President.az-a istinadən xəbər verir ki, fərmanla müəyyən edilir ki:

- Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə"nin 2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

- həmin Əsasnamənin 2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası nəzərdə tutulur.

Həmçinin fərmanla "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif etmək səlahiyyəti Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının sədrinə verilir.

Nazirlər Kabinetinə "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 23 may tarixli 203-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Həmçinin Prezident "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-2025)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu və "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)" Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnaməni təsdiqləyib.

"Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005-25)" Azərbaycan Respublikasının yubiley medalının təsviri belədir:

Oxşar xəbərlər

Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis ediləcək
Məhkəmə-Hüquq Şurasının 20 illik yubiley medalı təsis edilib
Milli Məclisin mayın 23-də keçiriləcək iclasının gündəliyi məlum olub
Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis ediləcək
Fövqəladə Hallar Nazirliyinin 20 illiyi yubiley medalı təsis edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər